Mourinyo: "Biz hələ süd əmən kiçik bir atıq”

Mourinyo: "Biz hələ süd əmən kiçik bir atıq”
XƏBƏR 4 Fevral 2014 / 12:39 2705
-  A +

"Çelsi"nin baş məşqçisi  Joze Mourinyo Premyer Liqadakı şanslarını dəyərləndirib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, portuqaliyalı çalışdırıcı bu mövsüm çempionluğa namizəd olmadıqlarını deyib. O, London klubunu kiçik bir ata bənzədib:

"Əsas mübarizə iki böyük at - "Arsenal" və "Mançester Siti" arasındadır.  Biz isə hələ süd əmən və yeriməyi öyrənən kiçik bir atıq. Bəlkə qarşıdakı mövsümdən favorit ola bilərik".

Qeyd edək ki, London klubu hazırda turnir cədvəlində 53 xalla 3-cü pillədədir.

Daha çox


Son xəbərlər
topaz banner