"Nyukasl"ın hücumçusu "Rubin"in hədəfində

"Nyukasl"ın hücumçusu "Rubin"in hədəfində
XƏBƏR 4 Fevral 2014 / 00:01 1868
-  A +

Rusiyanın "Rubin" (Kazan) klubu transfer çalışmalarını davam etdirir.

Qol.Az-ın məlumatına görə, Kazan təmsilçisi "Nyukasl"ın hücumçusu Papiss Sisseni transfer etmək istəyir.

Rusiya klubu seneqallı futbolçunun keçidi üçün qarşı tərəfə 10 milyon funt-sterlinq təklif edib. Sisse "Rubin"in təklifini qəbul edəcəyi təqdirdə yeni komandasında ilinə 2 milyon funt qazanacaq.

Qeyd edək ki, 28 yaşlı futbolçu 2012-ci ildə "Frayburq"dan "Nyukasl"a transfer olunmuşdu.

Daha çox


Son xəbərlər
topaz banner