Rumıniyalı futbolçu rəsmən "Trabzonspor"da

Rumıniyalı futbolçu rəsmən "Trabzonspor"da
XƏBƏR 3 Fevral 2014 / 19:35 2716
-  A +

"Styaua"nın (Buxarest)  futbolçusu Aleksandru Burçanu karyerasını Türkiyədə davam etdirəcək.

Qol.Az-ın xəbərinə görə, Rumıniya millisinin yarımmüdafiəçisi "Trabzonspor"a transfer olunub. Bu barədə Türkiyə klubunun rəsmi saytı məlumat yayıb. 28 yaşlı oyunçu Trabzon təmsilçisi 3.5 illik müqavilə imzalayıb. Bu transfer üçün klub "Styaua"ya 1.3 milyon avro ödəyib.

Qeyd edək ki, 2011-ci ildən Rumıniya klubunda oynayan A.Burçanu bu mövsüm 31 matçda iştirak edib və 1 qol, 9 qol ötürməsi ilə yadda qalıb.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner