AFFA-nın İcraiyyə Komitəsinin 2013-cü il dekabrın 18-də keçirilmiş iclasında qəbul olunmuş qərarlardan biri də Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunması idi. Artıq qurumun baş katibliyi tərəfindən bu qərarın icrasına başlanılıb.
Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, fevralın 1-dən etibarən Daryl Willard (İngiltərə) AZAL, Frank Bernhardt (Almaniya) "Sumqayıt" klubunda AFFA tərəfindən təyin olunan idman direktoru vəzifəsində fəaliyyətə başlayıb.
"Qəbələ" klubunda isə Stanley Brard (Hollandiya) idman direktoru kimi işini davam etdirir.
Digər klublarda idman direktorlarının martın 1-ə qədər işə başlayacağı nəzərdə tutulub.
Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin qərarında bu və digər məsələlər konkret olaraq göstərilib: Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunsun və onun məvacibi AFFA-nın hesabına ödənilsin. Klublarda bu istiqamətdə görülən işlərin AFFA tərəfindən monitorinqi aparılacaq və bunun nəticəsinə əsasən klublara vəsait ayrılacaq.
38 dəqiqəyə penta-trik
“Stadionları insanların ayağına aparmalıyıq?” - Dambrauskas
Rüfətin komandası uduzdu
“Sabah” “Araz-Naxçıvan”ı belə məğlub etdi - Video
“Biz də qələbə qazanmaq istəyirik” - Yuri Maksimov
"Sabah" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
“Əl-Nəsr”dən çempionatda tarixi rekord
“Turan Tovuz”un qələbəsindən - Video
Berdiyevdən Məmmədovun şərhinə cavab: “Bu, onun fikridir”
“Ən azı bir xal qazanmağa layiq idik” - Azər Məmmədov
Toralın komandası heç-heçə etdi
Bərdədə vurulan 2 qol - Video
2-ci liqada 13-cü tura start verildi
"Sabah" - "Araz-Naxçıvan": Heyətlər
“Bavariya”da Musiala ilə bağlı narazılıq artır
Ölkə çempionu aşağı liqaya düşdü
Tyaqo Silva “Fluminense” ilə müqaviləsini uzatdı
"Turan Tovuz" - "Kəpəz": Heyətlər
İngiltərə klubları "Mançester Siti"yə qarşı birləşdilər
Qvardiola “Barselona”ya qayıtmayacaq
“Ayxan müəllim bizə bu barədə məlumat vermişdi”
Rafa Mirin həbs cəzası azaldıldı
Ronaldo: "Getdiyim hər yerdə əsl qatillər var idi"
Krivotsyukun komandasından məğlubiyyət
“Neftçi”nin legioneri: “Qış çempionluğu hədəfimizdir”
Mbappe ilə müqavilə uzadıldı
Messi və komandasından MLS-ə erkən vida