Mario Balotelli "Arsenal"ın hədəfində

Mario Balotelli "Arsenal"ın hədəfində
XƏBƏR 3 Fevral 2014 / 19:00 2284
-  A +

"Milan" klubunun hücumçusu Mario Balotelli karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Qol.Az-ın "Sport Mediaset"ə istinadən verdiyi məlumata görə, italiyalı futbolçu "Arsenal"ın transfer hədəfinə düşüb.

Cari mövsüm hücum xəttində problem yaşayan London təmsilçisinin baş məşqçisi Arsen Venger bu boşluğu Balotelli ilə gücləndirmək niyyətindədir. 23 yaşlı futbolçunun da "Arsenal"ın təklifini müsbət qarşıladığı bildirilir.

Qeyd edək ki, Balotelli ötən ilin yanvar ayında "Mançester Siti"dən "Milan"a transfer olunmuşdu.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner