2014-cü ilin ilk oyununda “Sumqayıt”ı 3:0 hesabı ilə məğlub edən “Qəbələ” Topaz Premyer Liqasının turnir cədvəlində ilk pilləyə yüksəlib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Yuri Syominin yetirmələrini liderliyə daşıyan səfər qələbəsi bir sıra yubileylər və əlamətdar məqamlarla da yadda qalıb.
3-cü dəfə zirvədə
“Qəbələ” mövsümdə 3-cü dəfə turu zirvədə tamamlayıb. VII turda 1-ci pilləyə yiyələnən Yuri Syominin yetirmələri növbəti turda da mövqeyini qorumuşdu. IX turda liderliklə vidalaşan “qırmızı-qaralar” XIX turda yenidən turnir cədvəlinin ən yüksək pilləsinə qayıdıb.
İki debütant
XIX turun matçında “Qəbələ”nin heyətində 2 debütant meydana çıxıb. Ruslan Tağızadə və braziliyalı Rafael Santos üçün səfər qarşılaşması yeni komandalarında ilk rəsmi görüş idi. 2005-ci ildə yaranan klubun tarixində bu oyunadək 163 futbolçu olmuşdu. Debütantlar bu rəqəmi 165-ə çatdırıb.
Ruslan bu siyahıya 90-cı yerli futbolçu kimi düşüb. Milliləşənlər də nəzərə alınmaqla 75-ci legioner olan Rafael isə həm də 10-cu braziliyalıdır. Müdafiəçiyədək Luis Hilario Dodo, Dieqo Kosta, Leonardo da Silva, Bruno Silva, Lorival Assis, Tyaqu Silva, Daniel Kruz, Erivelto, Bruno dos Anjos da “sambaçılar”ı “Qəbələ”də təmsil edib. Bununla da Braziliya “qırmızı-qaralar”ın heyətində təmsil olunan 29 ölkə arasında 1-ci yerə çıxıb: Braziliya – 10, Gürcüstan - 9, Serbiya, Rusiya, Ukrayna – hərəsi 6, Moldova, Rumıniya, Hollandiya, Seneqal – hərəyə 3, Bolqarıstan, Qvineya, Türkiyə, Sloveniya, Nigeriya, Polşa – hərəsi 2, Argentina, Bosniya və Herseqovina, İngiltərə, İran, Konqo, Latviya, Portuqaliya, Fil Dişi Sahili, Syerra Leone, Türkmənistan, Yamayka, Şotlandiya, Fransa, İsveçrə – hərəsi 1.
Qeyd edək ki, Premyer Liqada oynamış futbolçuların sayı 149-a çatıb.
Səfərdə 50-ci qələbə
“Sumqayıt”ı rəqib meydanında məğlub edən “Qəbələ” tarixində 50-ci dəfə səfərdə qalib gəlib. Rəqib meydanlarında ümumilikdə 143 görüşə çıxan “qırmızı-qaralar” 35 heç-heçə edib, 58 dəfə isə məğlub olub. Yubiley qələbəsi Premyer Liqada rəqib meydanlarında əldə olunan 35-ci qalibiyyətdir. 9 dəfə birinci dəstədə, 6 dəfə isə kubokda komanda səfərdən qalib dönüb.
31-ci böyük hesab
“Qəbələ” tarixində 31-ci böyükhesablı qələbəni qazanıb. Bunadək 11 dəfə birinci dəstə, 4 dəfə Azərbaycan kubokunda belə qələbə əldə edən “qırmızı-qaralar” Premyer Liqada 16-cı zəfərini əldə edib. Çempionatda son belə qələbəsini 135 gün əvvəl qazanan Yuri Syominin komandası ötən il sentyabrın 20-də “Rəvan”ı 3 cavabsız qolla keçmişdi. Premyer Liqada 6-cı dəfə rəqib meydanında böyükhesabla qalib gələn komanda sonuncu dəfə 70 gün əvvəl belə uğur qazanmışdı.
Premyer Liqada böyükhesablı qələbələr
2006/07 - 0
2007/08 – 1
2008/09 – 5
2009/10 – 1
2010/11 – 3
2011/12 – 3
2012/13 – 1
2013/14 - 2
Premyer Liqada səfərdəki böyükhesablı qələbələr
11.11.2007 Gənclərbirliyi (Sumqayıt) - Qəbələ 0:6
17.08.2008 MOİK (Bakı) – Qəbələ 0:3
14.02.2009 Muğan (Salyan) - Qəbələ 0:4
04.12.2010 MOİK (Bakı) – Qəbələ 0:3
03.03.2012 Rəvan (Bakı) - Qəbələ 0:4
02.02.2014 Sumqayıt – Qəbələ 0:3
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı