2014-cü ilin ilk rəsmi oyunu - “Sumqayıt”la qarşılaşma Luis Hilario (Dodo) üçün yubileylə əlamətdar olub.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Dodo ləqəbli braziliyalı Premyer Liqada 80-ci matçına çıxıb.
Yubilyar bu göstəricidə daha öncə "Qəbələdə" top qovmuş yalnız 3 oyunçudan geri qalır: Pavel Doroşev – 90, Abdulkader Kamara – 83, Lyubo Baranin – 82.
Matç Dodo üçün həm də digər yeniliklə yadda qalıb. İkinci dəfə meydana “Qəbələ”nin kapitanı kimi çıxan cənubi amerikalı ilk dəfə Premyer Liqa oyununda bu vəzifəni icra edib. Bunadək Dodo yalnız kubok qarşılaşmasına kapitan kimi başlamışdı. Matçın ardından fikirlərini bölüşən braziliyalı uzun müddət "Qəbələ"nin formasını geyinməkdən şərəf duyduğunu, bu forma ilə uğurlara imza atmaq istədiyini bildirib:
"Artıq 3-cü ildir ki, "Qəbələ"dəyəm. Bu müddət ərzində həm sevincli, həm kədərli günlərimiz olub. Komandamla gözəl qələbələrə sevinib, gözlənilməz məğlubiyyətlərə üzülmüşük. Amma heç vaxt "qırmızı-qara" formanı geyinməyimə peşman olmamışam, bu formanı daşımaqdan yorulmamışam. Hər zaman rəhbərlikdən dəstək, azarkeşlərimizdən sevgi görmüşəm. Yəni arxada qoyduğum 80 oyundan həzz almışam. Bu dövr ərzində bir çox təklif alsam da, "Qəbələ"dən ayrılmağı heç vaxt düşünməmişəm. Təəssüf ki, hələ komandamla yaddaqalan uğura imza atmamışam. Amma bu mövsüm uğura çox yaxınıq. İnanıram ki, cari futbol ilinin sonunda hədəflərimizə nail olacağıq. Mən də komandamla 100-cü, 200-cü, 300-cü oyunuma çıxacağam, yeni-yeni uğurlara imza atacağam".
Braziliyalı futbolçu kapitanlıq sarğısını daşımaq məsuliyyətini ona həvalə etdiyinə görə baş məşqçi Yuri Syominə təşəkkürünü bildirib:
"Sumqayıt"la matçda meydançaya kapitan kimi çıxdım. Bu mənim üçün Premyer Liqada çox məsuliyyətli yenilik idi. Baş məşqçimizə kapitanlıq sarğısını daşımağı mənə həvalə etdiyinə görə təşəkkür edirəm. Bu məsuliyyətin öhdəsindən gəlmək üçün var gücümlə çalışacağam".
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı