19-cu tur: 5 oyuna 16 qol

19-cu tur: 5 oyuna 16 qol
XƏBƏR 3 Fevral 2014 / 14:12 1645
-  A +

Topaz Premyer Liqasının 19-cu turunda qapılara 16 qol vurulub.
 
Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, orta məhsuldarlıq 3,20-yə bərabər olub.

Mövsümdə 5-ci dəfə bu rəqəm 3 və ya daha yüksək olub. Çempionatın 6-cı turunda da indiki kimi 16 qol vurulmuşdu. Mövsümün rekordu isə 22 qolun vurulduğu 12-ci turdur.

12-ci tur – 4,40 (22 qol)
18-ci tur – 3,40 (17 qol)
6-cı tur – 3,20 (16 qol)
19-cu tur – 3,20 (16 qol)
1-ci tur – 3,00 (15 qol)

Qeyd edək ki, mövsümün antirekordu 8-ci turda qeydə alınıb. Həmin turun 5 oyununda cəmi 2 qol vurulub və orta məhsuldarlıq 0,40-a bərabər olub.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner