“Rəvan”ın türkiyəli baş məşqçisi Güvenc Kurtar Topaz Premyer Liqasında debüt edib.
Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, 19-cu turun “Bakı” ilə qarşılaşması türkiyəli mütəxəssis üçün çempionatda birinci oyun olub.
1:5 hesablı məğlubiyyətə üzülən əcnəbi çalışdırıcı Premyer Liqa tarixinin 46-cı əcnəbi baş məşqçisi olub.
Cari mövsümədək 42 xarici mütəxəssisin çalışdığı çempionatda Milinko Pantiç (“Bakı”) və Yuri Syomin (“Qəbələ”) startda, Mustafa Denizli (“Xəzər Lənkəran”) isə ötən ilin sonlarında debüt etmişdi. Onların ardınca mövsümün 4-cü debütantı olan Kurtar bu rəqəmi 46-ya çatdırıb.
Kurtar Premyer Liqada çalışan 12-ci türkiyəlidir. Ona qədər Rasim Kara (“Qarabağ” və “Xəzər Lənkəran”), Naci Şensoy, Mustafa Yılmaz (hər ikisi “Turan”), Fatih Kavlak (“Qəbələ”), Bülent Korkmaz (“Bakı”), Cüneyt Biçer (“Bakı” və “Xəzər Lənkəran”), Mehmet Tayfun Türkmən (“Gənclərbirliyi”), Cevat Gülər (“Rəvan”), Şenol Fidan, Mustafa Denizli (hər ikisi “Xəzər Lənkəran”), Fuad Yaman (“Karvan”) Azərbaycan çempionatında çalışıb.
Ümumilikdə isə çempionatda 18 ölkədən olan məşqçilər çalışıb: Türkiyə - 12, Ukrayna – 7, Gürcüstan, Serbiya – hərəsi 4, Almaniya – 3, Bosniya və Herseqovina, Rusiya, İspaniya – hərəsi 2, Çexiya, Əlcəzair, İngiltərə, Latviya, Litva, Makedoniya, Moldova, Rumıniya, Xorvatiya, Uels – hərəsi 1.
Kurtar “Rəvan”ın tarixində 3-cü əcnəbi baş məşqçidir. Ona qədər həmyerlisi Cevat Gülər və bosniyalı Kemal Alispahiç də paytaxt klubunda çalışıb. Ümumilikdə isə Azərbaycanın 17 klubu Premyer Liqada gəlmə çalışdırıcıya güvənib: “Xəzər Lənkəran” - 8, “Bakı” – 7, “İnter”, “Simurq” , “Qəbələ” – hərəsi 4, “Gənclərbirliyi” , “Neftçi”, “Standard”, “Turan” , “Rəvan” – hərəsi 3, “Muğan”, AZAL – hərəsi 2, “Karvan”, “Masallı”, “MKT-Araz”, “Qarabağ”, “Sumqayıt” – hərəsi 1.
Qeyd edək ki, 5 mütəxəssis – Kaxaber Sxadadze, Cüneyt Biçer, Rasim Kara, Qyoko Hacıyevski və Kemal Alispahiç Premyer Liqada 2 klubda çalışıb.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı