Ançelotti: "10 nəfərlə qələbə qazanmaq çətin idi"

Ançelotti: "10 nəfərlə qələbə qazanmaq çətin idi"
XƏBƏR 3 Fevral 2014 / 10:40 2295
-  A +

"Real" (Madrid) klubunun baş məşqçisi Karlo Ançelotti futbolçusu Kriştiano Ronaldonun "Atletik"lə (Bilbao) matçda qırmızı vərəqə görməsinə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, sözügedən qarşılaşmanın 73-cü dəqiqəsində portuqaliyalı hücumçu rəqib futbolçusuna qarşı qaydanı pozmuş və bu hərəkət səbəbindən qırmızı vərəqə ilə cəzalandırılmışdı.

Oyundan sonra keçirilən mətbuat konfransında K.Ançelotti rəqib oyunçunun özünü qəsdən yerə yıxdığını deyib: "O, artistlik etdi, özünü sanki ağır zədələnmiş kimi yerə yıxdı. Düzdür, həmin epizodu uzaqdan gördüm. Ancaq şəkillərdə bunu rahatlıqla görmək olar. 10 nəfərlə qələbə qazanmaq çətin idi. Həm də futbolçuların bəziləri artıq yorulmuşdu".


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner