"Avropa çempionatını belə tez tərk etməli deyildik"

"Avropa çempionatını belə tez tərk etməli deyildik"
XƏBƏR 3 Fevral 2014 / 01:10 1857
-  A +

Futzal üzrə Avropa çempionatında keçirilmiş Azərbaycan – İtaliya oyunundan (0:7) sonra millimizin baş məşqçisi Joze Alesio Da Silva qarşılaşma haqda fikirlərini bildirib:

Qol.Az-ın məlumatına görə, braziliyalı mütəxəssis məğlubiyyətin səbəblərindən danışıb, Avropa çempionatını tərk etdikləri üçün təəssüfləndiyini qeyd edib:

“Çox məyusuq. Komandamızın növbəti mərhələyə çıxmaq potensialı var idi. Məğlubiyyətdə bütün komanda günahkardır. İlk növbədə də mən. Belə vəziyyətdə məğlub olmaq çox üzücüdür. İlk hissədə buraxdığımız 3 səhvdən sonra qapımızda eyni sayda qol gördük. Daha sonra risk etməyə başladıq və səhvlər çoxalmağa başladı. Avropa çempionatını belə tez tərk etməməli idik”.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner