"Fənərbaxça"da ciddi itki

"Fənərbaxça"da ciddi itki
XƏBƏR 2 Fevral 2014 / 13:05 3005
-  A +

Türkiyənin "Fənərbaxça" klubu ciddi itki ilə üzləşib.

Qol.Az-ın məlumatına görə, Superliqanın son turunda "Eskişehirspor"la qarşılaşan "sarı-lacivərdlilər" məğlubiyyətlə (1:2) yanaşı komandanın əsas hücumçusu Piyer Voeonun zədələnərək meydanı tərk etməsinə də məyus olub.

Görüşün 34-cü dəqiqəsində ayağından zədə alan kamerunlu futbolçu meydanı göz yaşları ilə tərk edib. Onun əvəzinə isə Əmrə Bələzoğlu oyuna daxil olub. Vebonun nə vaxt sıraya qoşulacağı haqda hələlik məlumat verilməyib.

Qeyd edək ki, "Fənərbaxça"nın digər hücumçusu Emanuel Emenike də zədədən zədə səbəbində bir neçə oyun komandasına kömək edə bilməyəcək.

Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner