Beyl "Atletiko" ilə matçda olacaqmı?

Beyl "Atletiko" ilə matçda olacaqmı?
XƏBƏR 1 Fevral 2014 / 22:22 2479
-  A +

"Real"ın baş məşqçisi Karlo Ançelotti futbolçusu Qaret Beylin son durumu haqda danışıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, uelsli yarımmüdafiəçinin La Liqada sabah "Atletik"lə (Bilbao) baş tutacaq qarşılaşmada oynamayacağını deyib: "Beyl oynamayacaq, çünki bu həftə məşqlərdə iştirak etməyib".

Ancaq o, çərşənbə günü İspaniya kubokunda "Atletiko" (Madrid) ilə keçiriləcək matça qədər tam hazır olacaq: "Beylin böyük problemi yoxdur. Fevralın 5-i komandaya kömək edəcək".


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

02.04.26  10:24

Qattuzo qovulacaq

topaz banner