"Arsenal"ın futbolçusu ilk məşqdə ciddi zədə aldı

"Arsenal"ın futbolçusu ilk məşqdə ciddi zədə aldı
XƏBƏR 1 Fevral 2014 / 21:43 2481
-  A +

"Arsenal"ın "Spartak"dan dünən transfet etdiyi futbolçu Kim Kallstromun London klubundakı ilk məşqi uğursuz alınıb.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, isveçli yarımmüdafiəçi yeni komandası ilə ilk məşqində zədələnib. Zədəsi ciddi olan 31 yaşlı oyunçunun 2-3 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Qeyd edək ki, "Arsenal" K.Kallstromu məhz klubun futbolçuları Aron Remzi və Flaminin zədələnməsinin ardından mövsümü sonuna qədər icarəyə götürməyə qərar vermişdi.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner