Cihan Özkaranın komandası "Real"la qarşılaşa bilər

Cihan Özkaranın komandası "Real"la qarşılaşa bilər
XƏBƏR 1 Fevral 2014 / 14:18 2625
-  A +

Azərbaycanlı futbolçu Cihan Özkaranın şərəfini qoruduğu "Sivasspor" "Real"la qarşılaşa bilər.

Qol. Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Sivas təmsilçisinin baş məşqçisi Roberto Karlos 11 il formasını geyindiyi Madrid klubu ilə yoldaşlıq qarşılaşması keçirmək istəyir.

Bununla bağlı braziliyalı mütəxəssisin Madrid klubu ilə danışıqlar apardığı bildirilib. R.Karlos açıqlamasında xəbəri təsdiqləyib: "Barselona" ilə oynamaq çətindir, amma "Real"ı Türkiyəyə gətirmək üçün çalışacam".

Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner