"Monako"dan daha bir transfer

"Monako"dan daha bir transfer
XƏBƏR 1 Fevral 2014 / 13:09 2775
-  A +

"Monako" klubu transfer pəncərəsinin son günündə heyətinə daha bir futbolçunu cəlb edib.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Fransa təmsilçisi "Tuluza"nın oyunçusu Aymen Abdennouru mövsümün sonuna qədər icarəyə götürüb.

Əgər 23 yaşlı yarımmüdafiəçi yaxşı oyun nümayiş etdirərsə, klub onunla dörd illik müqavilə imzalayacaq.

Qeyd edək ki, A.Abdennour bu mövsüm 17 matçda iştirak edib.

Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner