“Xəzər Lənkəran” 2014-cü ildə ilk rəsmi oyununu Topaz Premyer Liqasının XIX turunda keçirəcək.
Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, mövsümün ikinci yarısına Mustafa Dənizlinin futbolçuları "Qarabağa" qarşı səfər oyunu ilə başlayacaq. Çempionatın lideri ilə qarşılaşma “ağ-yaşıllar”ın bu rəqiblə 29-cu dueli olacaq. Bakıda baş tutacaq matçadək Azərbaycan kubokunda 2 dəfə görüşən komandalar çempionat çərçivəsində 27-ci dəfə üz-üzə gələcək.
İndiyədək keçirilən 28 qarşılaşmada “Qarabağ” daha çox qələbə qazanıb – 13 dəfə. Lənkəran təmsilçisi isə 11 dəfə rəqibindən üstün olub. Komandalardan hərəsi qələbələrindən birini ölkə kubokunda əldə edib. 4 görüşdə isə qalib müəyyənləşməyib. Top fərqində isə “Xəzər Lənkəran” üstünlüyə malikdir. Kubokda hər komanda eyni sayda - 2 qol vursa da, çempionatda qazanılan böyükhesablı qələbələr sayəsində “ağ-yaşıllar” cəmi iki top öndədir – 31:29. Ümumilikdə "Xəzər Lənkəran" 3 dəfə rəqibini 3 və ya daha çox top fərqilə məğlub edib və cəmi 1 dəfə belə ağır yenilgi alıb. Bu da son qarşılaşmaya təsadüf edib.
Son 3 qarşılaşmada uduzan "Xəzər Lənkəran"15-ci dəfə “Qarabağ”la səfərdə görüşəcək. Rəqib meydanındakı 14 oyunda 3 qələbəsi olan Xəzər Lənkəran” 1 heç-heçə edib və 10 dəfə uduzub. “Qarabağ” öz meydanında top fərqində öndədir – 18:13.
38 dəqiqəyə penta-trik
“Stadionları insanların ayağına aparmalıyıq?” - Dambrauskas
Rüfətin komandası uduzdu
“Sabah” “Araz-Naxçıvan”ı belə məğlub etdi - Video
“Biz də qələbə qazanmaq istəyirik” - Yuri Maksimov
"Sabah" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
“Əl-Nəsr”dən çempionatda tarixi rekord
“Turan Tovuz”un qələbəsindən - Video
Berdiyevdən Məmmədovun şərhinə cavab: “Bu, onun fikridir”
“Ən azı bir xal qazanmağa layiq idik” - Azər Məmmədov
Toralın komandası heç-heçə etdi
Bərdədə vurulan 2 qol - Video
2-ci liqada 13-cü tura start verildi
"Sabah" - "Araz-Naxçıvan": Heyətlər
“Bavariya”da Musiala ilə bağlı narazılıq artır
Ölkə çempionu aşağı liqaya düşdü
Tyaqo Silva “Fluminense” ilə müqaviləsini uzatdı
"Turan Tovuz" - "Kəpəz": Heyətlər
İngiltərə klubları "Mançester Siti"yə qarşı birləşdilər
Qvardiola “Barselona”ya qayıtmayacaq
“Ayxan müəllim bizə bu barədə məlumat vermişdi”
Rafa Mirin həbs cəzası azaldıldı
Ronaldo: "Getdiyim hər yerdə əsl qatillər var idi"
Krivotsyukun komandasından məğlubiyyət
“Neftçi”nin legioneri: “Qış çempionluğu hədəfimizdir”
Mbappe ilə müqavilə uzadıldı