"Atletiko" futbolçusunu icarəyə verdi

"Atletiko" futbolçusunu icarəyə verdi
XƏBƏR 1 Fevral 2014 / 10:51 2395
-  A +

Madridin "Atletiko" klubu mövsümün əvvəlində transfer etdiyi Jozua Qilavoqi icarəyə verib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, La Liqa təmsilçisi 23 yaşlı müdafiəçini sabiq klubu "Sent-Etyen"ə geri göndərib. O, mövsümün sonuna qədər Fransa klubunda oynayacaq.

Qeyd edək ki, J.Qilavoqi "Atletiko"da bu mövsüm 9 matçda iştirak edib.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner