Joze Alesio: "İtaliya millisi ilə bizi daha çətin oyun gözləyir"

Joze Alesio: "İtaliya millisi ilə bizi daha çətin oyun gözləyir"
XƏBƏR 1 Fevral 2014 / 03:12 2394
-  A +

“İlk 10 dəqiqədə əsəbi idik. Oyunumuzu tapa bilmirdik. İkinci hissədə özümüzə gəldik. Sloveniya yığması çox yaxşı komandadır. Bir neçə oyunlarına baxmışdıq".

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, bu sözləri Futzal milli komandamızın baş məşqçisi Joze Alesio Da Silva Sloveniya ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Braziliyalı mütəxəssis qazandıqları qələbəni şərh edib və növbəti qarşılaşmalarından danışıb: "Bu gün biz daha çox səhvlər buraxdıq və rəqib bundan yararlandı. İtaliya yığması ilə oyun bizim üçün çətin olacaq. Sloveniyalılar ikinci hissədə eyni heyətlə oynadıqları üçün çox yorulmuşdular. Bu baxımdan biz də İtaliya millisi ilə matçda yorğun olacağıq. Buna baxmayaraq, qələbə qazanmağa çalışacağıq. Məqsədimiz, ən azı, yarımfinala çıxmaqdır”.
 

Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner