"Xəzər Lənkəran" son məşqinə çıxdı

"Xəzər Lənkəran" son məşqinə çıxdı
XƏBƏR 31 Yanvar 2014 / 21:13 2202
-  A +

Türkiyədən dönərək artıq iki gündür ki, Bakıda məskunlaşan “Xəzər Lənkəran” bu gün oyun öncəsi son məşqinə çıxıb.
 
Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, İdman Akademiyasının stadionunda baş tutan hazırlıq kəskin hava şəraitinə baxmayaraq, bir saat davam edib. Heyətdə Adrian Pit və Slavik Alxasov zədəli olduqlarına görə fərdi məşqlə kifayətləniblər.

Xatırladaq ki, komanda sabah, fevral ayının 1-də Topaz Premyer Liqanın XIX turu çərçivəsində səfərdə “Qarabağ”ın qonağı olacaq.

Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner