Azərbaycan yığmasının bayraqdarı açıqlandı

Azərbaycan yığmasının bayraqdarı açıqlandı
XƏBƏR 31 Yanvar 2014 / 20:46 2383
-  A +

Fevralın 7-də Rusiyanın Soçi şəhərində start götürəcək XXII Qış Olimpiya Oyunlarında Azərbaycan yığmasının bayraqdarı müəyyənləşib. Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təntənəli açılış mərasimi zamanı idmançılarımız önündə Fiqurlu Konkisürmə Federasiyasının vitse-prezidenti Fuad Quliyev yer alacaq.
 
2010-cu il Vankuver olimpiadasında da bayraqdar funksiyasını Quliyev yerinə yetirib. Bu missiyanın idmançılarımıza tapşırılmamasına səbəb kimi onların hamısının legionerlərdən ibarət olması göstərilir.
 
Qeyd edək ki, fevralın 23-dək davam edəcək Soçi Qış Olimpiya Oyunlarında ölkəmizi dağ xizəkçiləri Patrik Braxner, Sedrik Nots və Qaya Bassani Antivari, eləcə də fiqurlu konkisürənlərdən ibarət Aleksey Sitnikov – Yuliya Zlobina dueti təmsil edəcək.

Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner