Braziliyalı futbolçu rəsmən "Xəzər Lənkəran"da

Braziliyalı futbolçu rəsmən "Xəzər Lənkəran"da
XƏBƏR 31 Yanvar 2014 / 20:20 4530
-  A +

"Xəzər Lənkəran" transfer pəncərəsinin son günündə braziliyalı yarımmüdafiəçi Elias Ribeiro de Oliveiranın keçidini həll edib.
 
Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, futbolçu ilə mövsümün sonuna qədər olan müddətdə müqavilə imzalanıb. San Paoloda futbola başlayan 30 yaşlı yarımmüdafiəçi ölkəsinin "Bahia" klubunun yetirməsidir. "Vasko da Qama" və "Fluminense"də az müddət çıxış edəndən sonra, Elias 3 il "Atletico Qoainense"nin şərəfini qoruyub. Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Eyn" klubunda qısa legioner həyatı sürməsinin ardından futbolçu "Fiqeyrense"də çıxış edib.
 
Son iş yeri Braziliya A Seriyası təmsilçisi "Atletiko Paranaense" olan Elias, mövsümün ilk yarısını icarə əsasında digər elita təmsilçisi "Ponte Preta"nın heyətində keçirib.
 

Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner