Berbatov Fransa yolunda

Berbatov Fransa yolunda
XƏBƏR 31 Yanvar 2014 / 16:53 1985
-  A +

"Fulhem"in futbolçusu Dimitar Berbatov "Monako"nun maraq dairəsinə düşüb.

Qol.Az-ın Fransa mətbuatına istinadən yaydığı məlumata görə, klub bolqarıstanlı hücumçunu icarəyə götürmək istəyir.

Komandanın aparıcı futbolçusu Radamel Falkaonun sıradan çıxması komandanı bu qərara gəlməyə məcbur edib. 33 yaşlı oyunçunun "Monako"ya getməyə müsbət baxdığı bildirilib.

Qeyd edək ki, Berbatovla "Tottenhem"in də maraqlandığı iddia edilir.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner