Türkiyə millisinin və "Atletiko" (Madrid) klubunun yarımmüdafiəçisi Arda Turan "Goal.com" saytına müsahibə verib. Qol.Az saytı həmin müsahibəni təqdim edir:
Çıxışım uğurludurmu? Buna insanlar qərar verəcək
"Hazırda uğurlu çıxış edib-etmədiyim insanların baxışları ilə əlaqədardır. Kimisi heç bir şey etmədiyimi düşünür, kimisi də çox uğurlu çıxış etdiyimi söyləyir. Bu insanların şəxsi düşüncələridir.
"Fənərbaxça", "Beşiktaş" və "Trabzonspor"lu da məni...
"Kimsəyə qarşı əxlaqi dəyərlərin xaricində bir davranışım olmadı. Həm milli komandanın, həm "Qalatasaray"ın, həm də "Manisaspor"un formasını əxlaqlı bir şəkildə tərlətdim. Məhz buna görədir ki, Türkiyədə azarkeşlik etdiyi komandadan asılı olmayaraq hər kəs məni sevir".
Artıq yeni hədəflərim var
"Uşaq ikən ağlımda hər zaman ölkəmi Avropada təmsil etmək xəyalları var idi. Elə yeniyetmə yaşlarından həm "Qalatasaray"ı, həm də Türkiyəni Avropada təmsil etmək istədiyimi söyləyirdim. Artıq yeni hədəflərim var və onlara doğru irəliliyərim".
Futbolçu ola bilməyəcəyimi düşündüyüm anlarım oldu
"Manisaspor"a getdiyimdə "əgər burada alınmazsa, futbolçu ola bilməyəcəm" dediyim anlarım oldu. Ancaq şükürlər olsun ki, futbolçu olmağı bacardım. Allah inancı olan biri kimi hər zaman çalışdım və rəbbim də mənə gözəl şeylər nəsib etdi".
Baş məşqçi olsam, ilk nə edərdim?
"Hazırda Türkiyə millisinin sükanı ən yaxşı baş məşqçinin əlindədir. Bu səbəbdən baş məşqçi olsaydım, görəcəyim işlər elə Fatih Terimin planları ilə eyni olardı".
Ya bərabər batarıq, ya da...
"Deyək ki, gəminiz batmaq üzərədir. Həmin anda Dieqo Simeone, Dieqo Kosta və sən xilas olmağa çalışırsınız. Ancaq sənin yalnız bir nəfəri xilas etmək şansın var. Bu vəziyyətdə seçimin kim olardı?" sualını Arda belə cavablandırıb: "Bizim həyatda belə seçimimiz olmaz. Ya bərabər batarıq, ya da bərabər xilas olarıq". Bəs "ən yaxın dostun bir günah işləyərsə, onu satarsanmı?" sualına "Bizim dostlarımız günah işləməzlər. Əgər Allah qorusun hər hansı bir səbəbdən günah işləsələr özləri özlərini satar və heç bir şeydən qaçmazlar" - deyə cavab verib.
Messi ilə bir-birimizə uğurlar dilədik
"Messi daha öncə də dediyim kimi dünya tarixinin ən yaxşı və özəl futbolçularından biridir. Onun formasını almaq mənim üçün böyük şərəfdir. Onunla formalarımızı dəyişdirərkən bir-birimizə uğurlar dilədik".
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı