"Fənərbaxça" yenə cəzalandırıldı

"Fənərbaxça" yenə cəzalandırıldı
XƏBƏR 31 Yanvar 2014 / 11:36 2482
-  A +

"Fənərbaxça" klubu Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən cəzalandırılıb.

Qol.Az-ın məlumatına görə, İntizam Komitəsinin qərarı ilə klub bir matç azarkeşsiz oynayacaq. Bundan əlavə "sarı-lacivərdlilər"  150 min türk lirəsi dəyərində cərimə ödəyəcək.

Buna səbəb isə, klubun azarkeşlərinin Türkiyə Superliqasında "Koyaspor"la matçda xoşagəlməz şüarlar səsləndirməsi olub.

Qeyd edək ki, bu, "Fənərbaxça"ya bir mövsüm ərzində eyni hərəkətə görə verilən 5-ci cəzadır. 


Son xəbərlər