Flavinyo: "Ardıcıl dördüncü çempionluğu yaşamağa çalışacağıq"

Flavinyo: "Ardıcıl dördüncü çempionluğu yaşamağa çalışacağıq"
XƏBƏR 30 Yanvar 2014 / 17:25 1707
-  A +

“Neftçi”nin futbolçusu Flavinyo klubun rəsmi saytına açıqlama verib. 

Qol.Az-ın məlumatına görə, braziliyalı yarımmüdafiəçi komandasının Türkiyədəki təlim-məşq toplanışı haqda fikirlərini bildirib:

"Təxminən iki həftə ərzində Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olduq. Hazırlığımız yüksək səviyyədə keçdi. Bu müddət ərzində 5 yoxlama oyunu keçirdik. Xüsusən də “Fənərbaxça” klubu ilə görüş maraqlı alındı. Belə qarşılaşmalarda qazanılan nəticədən daha çox göstərdiyimiz oyun vacibdir.

Mövsümün ikinci yarısına hazırıq. 4 il bundan əvvəl mən “Neftçi”yə gələndə çempionatda çox az sayda səviyyəli legioner çıxış edirdi. Bu gün isə “Qarabağ”da Riçard Almeyda, Reynaldo kimi futbolçular var. Bu gün eşitdim ki, artıq “Qəbələ” klubu da Marat İzmayılov kimi futbolçunu heyətinə qatıb. Bu o deməkdir ki, çempionatın ikinci yarısı daha maraqlı keçəcək. Bununla yanaşı, çalışacağıq ki, mövsümü birinci pillədə bitirək və ardıcıl dördüncü çempionluğu yaşayaq".

Daha çox


Son xəbərlər