Yanvarın 31-də Avropa çempionatında ilk oyununu keçirəcək futzal üzrə Azərbaycan milli komandası bu gün Belçikanın Antverpen şəhərində ilk məşqinə çıxıb.
Qol.Az-ın məlumatına görə, millinin baş məşqçisi Joze Alesio Da Silva məşqdən sonra mətbuat nümayəndələrinə fikirlərini bildirib:
“Bu il komanda çox yaxşı hazırlıq keçib. Bakıda və Serbiyanın Belqrad şəhərində təlim-məşq toplanışında olmuşuq. Avropa çempionatına istər fiziki, istərsə də texniki-taktiki cəhətdən 90 faiz hazırıq. Buradakı məşqlərlə çatışmazlıqları aradan qaldırmağa çalışacağıq.
Məqsədimiz qrupda birinci yeri tutmaqdır. Məşqlər zamanı oyunçularıma maksimum nəticənin qazanılmasını təbliğ edirəm".
O, Avropa çempionatındakı şanslarını dəyərləndirib:
"Çoxları Sloveniya yığmasının zəif olduğunu deyir. Ancaq Sloveniya millisi yoldaşlıq oyunlarında bu çempionatın iştirakçısı və favoritlərindən olan Portuqaliya yığmasına qalib gəlib, İspaniya komandası ilə isə heç-heçə edib.
Fikrimizdə minimum yarımfinal mərhələsinə çıxmaq var. Qrupu ilk yerdə yerdə tamamlasaq, o biri qrupun ikincisi kimi Çexiya və ya Xorvatiya yığması ilə qarşılaşa bilərik. Yarımfinalda isə Portuqaliya yığması ilə üz-üzə gəlmək və bu minvalla finala da yüksəlmək imkanımız var. Ancaq qrup ikincisi olsaq, şansımız azalır. Çünki digər qrupda böyük ehtimalla birinci yeri İspaniya millisi tutacaq. Bununla belə, ümidvaram ki, oyunçularım məqsədlərinin nə olduğunu bilir. Komandaların hər biri ilə oynamaq çətindir. Ancaq yaxşı hazırlıq keçsək, istəkli olsaq, istədiyimiz nəticəni qazana bilərik”.
“Beşiktaş”a keçə bilər
38 dəqiqəyə penta-trik
“Stadionları insanların ayağına aparmalıyıq?” - Dambrauskas
Rüfətin komandası uduzdu
“Sabah” “Araz-Naxçıvan”ı belə məğlub etdi - Video
“Biz də qələbə qazanmaq istəyirik” - Yuri Maksimov
"Sabah" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
“Əl-Nəsr”dən çempionatda tarixi rekord
“Turan Tovuz”un qələbəsindən - Video
Berdiyevdən Məmmədovun şərhinə cavab: “Bu, onun fikridir”
“Ən azı bir xal qazanmağa layiq idik” - Azər Məmmədov
Toralın komandası heç-heçə etdi
Bərdədə vurulan 2 qol - Video
2-ci liqada 13-cü tura start verildi
"Sabah" - "Araz-Naxçıvan": Heyətlər
“Bavariya”da Musiala ilə bağlı narazılıq artır
Ölkə çempionu aşağı liqaya düşdü
Tyaqo Silva “Fluminense” ilə müqaviləsini uzatdı
"Turan Tovuz" - "Kəpəz": Heyətlər
İngiltərə klubları "Mançester Siti"yə qarşı birləşdilər
Qvardiola “Barselona”ya qayıtmayacaq
“Ayxan müəllim bizə bu barədə məlumat vermişdi”
Rafa Mirin həbs cəzası azaldıldı
Ronaldo: "Getdiyim hər yerdə əsl qatillər var idi"
Krivotsyukun komandasından məğlubiyyət
“Neftçi”nin legioneri: “Qış çempionluğu hədəfimizdir”
Mbappe ilə müqavilə uzadıldı