Azərbaycan millisinin futbolçusu Ruslan Abışovun şərəfini qoruduğu "Rubin" (Kazan) klubunun adı danışılmış oyunlarda hallanır.
Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Bohum polis heyətinin üzvü Fridhelm Altans açıqlama verib.
Futbolda danışılmış oyunlarla bağlı araşdırma aparan Altansın sözlərinə görə, Türkiyədə təlim-məşq toplanışı çərçivəsində keçirilən "Rubin" - "Dinamo" (Drezden) yoxlama matçında hesab əvvəlcədən müəyyən edilib. Üstəlik bu görüşdə "Rubin"in heyətində meydana çıxan bir neçə futbolçu "Nefteximik" klubuna məxsus olub ("Nefteximik"də “Rubin”in heyətində çıxış edən futbolçular Kazan klubunda baxışda olublar – red.). Həmin matç 3:0 hesabı ilə "Dinamo"nun xeyrinə başa çatıb. Altans bu oyunla bağlı UEFA-ya müraciət etdiyini bildirib.
"Rubin"in adının hallandığı danışılmış oyunlardan biri də Almaniyanın aşağı liqa təmsilçisi "Paderborn" klubu ilə keçirilən yoldaşlıq görüşü olub. Altans bu oyunla bağlı ona Sloveniyadan məlumat çatdırıldığını bildirib. İddiaya görə həmin matçın 85-ci dəqiqəsinə qədər hesab 1:1 olub və bu dəqiqədən sonra vurulan bir qola yüksək pul qoyuluşu edilib. Nəticədə matçın 90-cı dəqiqəsində Almaniya təmsilçisi bir qol vurmaqla oyundan qalib ayrılıb - 2:1.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı