"Qəbələ" "Sumqayıt"la oyuna paytaxtda hazırlaşır

"Qəbələ" "Sumqayıt"la oyuna paytaxtda hazırlaşır
XƏBƏR 29 Yanvar 2014 / 16:52 1577
-  A +

Yanvarın 28-i səhər saatlarında Türkiyədən vətənə dönən "Qəbələ" bir günlük istirahətin ardından bu gün təlim-məşq prosesini bərpa edib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, həftə sonu - yanvarın 1-də səfərdə "Sumqayıt"la qarşılaşacaq "qırmızı-qaralar" matçın hazırlıqlarını paytaxtda keçirir.

"Bakı" klubunun təlim-məşq bazasında baş tutan məşq prosesinə komanda tam heyətlə qatılıb. Zədəsi sağalan Lorenzo Ebesilio artıq komanda ilə məşqlərə başlayıb. Bərpa prosesi keçən Daniel Subotiç və Rail Məlikov komandadan ayrı çalışıb.

Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner