“Hədəfim “Qızıl top”dur”

“Hədəfim  “Qızıl top”dur”
XƏBƏR 29 Yanvar 2014 / 13:19 2786
-  A +

"Çelsi"nin futbolçusu Edin Hazardın ardından "Real"ın oyunçusu Xese Rodriqes də iddialı açıqlama verib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, 20 yaşlı hücumçu hədəfinin qarşıdakı dörd il ərzində "Qızıl top"u qazanmaq olduğunu deyib: "Bu mövsüm üç qol vurmuşam.
 
Mövsüm başa çatana qədər bu rəqəmi 10-ə yüksəltməliyəm. Şanslarımdan yaxşı mənada istifadə edəcəm. Özümə güvənirəm. Dörd il ərzində "Qızıl top"u qazanmaq istəyirəm".

Qeyd edək ki, X.Rodriqes dünən İspaniya kubokunda "Espanyol"la matçda komandasının yeganə qolunu vurub.


Son xəbərlər
02.04.26  19:40

Buffon da istefa verdi

topaz banner