"Qalatasaray" Dortmund "Borussiya"sının futbolçusunu alır

"Qalatasaray" Dortmund "Borussiya"sının futbolçusunu alır
XƏBƏR 28 Yanvar 2014 / 23:50 3424
-  A +

"Qalatasaray" transfer pəncərəsinin bağlanmasına az müddət qalmış daha bir neçə futbolçunu heyətinə cəlb edir.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul klubu "Borussiya" ilə (Dortmund) futbolçu Koray Günterin transferi üçün razılığa gəlib. "Cim-bom" Almaniya təmsilçisinə 1 milyon avro təzminat qiyməti ödəyəcək.

Qeyd edək ki, "Qalatasaray"ın "İnter"in futbolçusu Andrea Ranokkiya ilə də maraqlandığı bildirilir. Artıq bununla bağlı aparılan danışıqların müsbət nəticələndiyi iddia edilir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner