AFFA-nın növbəti konfransının vaxtı açıqlandı

AFFA-nın növbəti konfransının vaxtı açıqlandı
XƏBƏR 28 Yanvar 2014 / 12:28 1402
-  A +

Martın 7-də, saat 11:00-da AFFA-nın növbəti konfransı keçiriləcək. Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, AFFA-nın Nizamnaməsinə uyğun olaraq, konfransda İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabat təqdim olunacaq,
maliyyə hesabatı təsdiqlənəcək.

Həmçinin müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatı nəzərə alınacaq, növbəti ilin büdcəsinin təsdiq olunması, hər hansı vakant vəzifəyə seçkilər, AFFA üzvlərinin təkliflərinin qəbul olunması müzakirə ediləcək.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner