"Borussiya"nın futbolçusu mövsümü erkən başa vurdu

"Borussiya"nın futbolçusu mövsümü erkən başa vurdu
XƏBƏR 27 Yanvar 2014 / 11:57 2080
-  A +

Bundesliqada "Ayqsburq"la matçda sağ dizindən zədələnən "Borussiya"nın futbolçusu Yakub Blaşikovskinin son durumu bəlli olub.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, tibbi müayinədən keçən polşalı hücumçun zədəsi ciddidir. Əməliyyat olunacaq yarımmüdafiəçinin mövsümü erkən başa vurduğu açıqlanıb.

Qeyd edək ki, bununla da Dortmund klubunda zədəli futbolçuların sayı 4-ə yüksəlib. Komandada İlkay Gündoğan, Mats Hummels və Neven Subotiç də matçlarda iştirak edə bilmir.


Son xəbərlər