"Ümid edirəm ki, "Neftçi" bu mövsüm də çempion olacaq"

"Ümid edirəm ki, "Neftçi" bu mövsüm də çempion olacaq"
XƏBƏR 27 Yanvar 2014 / 03:17 2452
-  A +

Polşanın “Şlonsk” klubunun baş məşqçisi Stanislav Levı “Neftçi” ilə bu gün baş tutan yoxlama oyunundan (3:1) sonra fikirlərini klubun rəsmi saytına bildirib.


Qol.Az-ın məlumatına görə, polşalı mütəxəssis rəqib haqda xoş sözlər deyib və "Neftçi"yə uğurlar arzulayıb:

 “Maraqlı oyun oldu. “Neftçi” təcrübəli komandadır, zəif rəqib deyil. Bizə qarşı aqressiv və sürətli oynadılar. “Neftçi” xüsusən cinahlarda yaxşı təsir bağışlayırdı. Bilirdik ki, “Neftçi” daha çox gənc futbolçulara şans verib. Biz də hər iki hissədə fərqli heyətlə çıxış etdik. Sevinirəm ki, yetirmələrim tapşırıqlarımı yerinə yetirdilər. Rəqibə Azərbaycan çempionatında uğurlar arzulayıram. Ümid edirəm ki, bu mövsüm də “Neftçi” çempion olacaq”.

Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner