"Qarabağ" vətənə dönür

"Qarabağ" vətənə dönür
XƏBƏR 26 Yanvar 2014 / 02:24 2240
-  A +

Qış təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirən "Qarabağ" bu gün Bakıya qayıdacaq.

Qol.Az-ın məlumatına görə, qış fasiləsinə lider yollanan Ağdam təmsilçisi 19 gün ərzində qardaş ölkədə hazırlıq keçdi.

Bu müddət ərzində Qurban Qurbanovun komandası Rumıniyanın “Dinamo” (1:0), Albaniyanın “Flamurtari” (1:2) və Almaniyanın “Vuppentaler” (2:2) komandaları ilə yoxlama oyununda qüvvəsini sınadı.
 
Qeyd edək ki, "Qarabağ" 3-cü dövrənin ilk oyununu fevralın 1-də "Xəzər Lənkəran"a qarşı keçirəcək.  

Son xəbərlər