"Bavariya"nın futbolçusu "Mançester Yunayted"in hədəfində

"Bavariya"nın futbolçusu "Mançester Yunayted"in hədəfində
XƏBƏR 25 Yanvar 2014 / 15:55 3170
-  A +

"Mançester Yunayted" qış fasiləsində daha bir ulduz futbolçunu heyətinə qatmağa hazırlaşır.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, bu, "Bavariya"nın oyunçusu Toni Kroosdu.

Dünən "MY"nın baş məşqçisi Almaniyaya gedərək Münhen təmsilçisinin "Borussiya" (Münhenqladbarx) ilə oyununu izləyib. Şotlandiyalı mütəxəssis alman yarımmüdaiəçini menecerinin yanında əyləşərək qarşılaşma ərzində fikir mübadiləsi aparıb.

Qeyd edək ki, "Bavariya" Toni Kroosla müqaviləni yeniləmək istəsə də, o, bu təklifi müsbət qarşılamayıb. Bunu kluun idarə heyətinin üzvü Karl-Haynz Rummenige də təsdiqləyib.


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner