Loran Blan PSJ ilə razılığa gəldi

Loran Blan PSJ ilə razılığa gəldi
XƏBƏR 25 Yanvar 2014 / 12:39 1968
-  A +

PSJ baş məşqçisi Loran Blanla müqaviləni yeniləmək barədə razılığa gəlib.

Qol.Az-ın "Le Parisien" qəzetinə istinadən verdiyi məlumata görə, 48 yaşlı mütəxəssis qarşıdakı günlərdə klubu ilə sözləşmənin müddətini 2016-ci ilə qədər uzadacaq.  Müqaviləyə əsasən fransız çalışdırıcının gəliri 500 min avro artacaq.

Qeyd edək ki, L.Blan ötən ilin yay ayından PSJ-də baş məşqçilik edir.


Son xəbərlər
topaz banner