"Hiss olunur ki, "Neftçi" əbəs yerə üç ilin çempionu deyil"

"Hiss olunur ki, "Neftçi" əbəs yerə üç ilin çempionu deyil"
XƏBƏR 25 Yanvar 2014 / 01:15 2883
-  A +

Ukraynanın “Metallurq” (Zaporojye) klubunun baş məşqçisi Oleq Taran “Neftçi” ilə bu gün baş tutan yoxlama oyunundan (0:0) sonra fikirlərini bildirib.

Qol.Az-ın məlumatına görə, "Neftçi"klubunun rəsmi saytına danışan mütəxəssis  "ağ-qaralar" haqda xoş sözlər deyib:

“Neftçi” çox xoşuma gəldi. Rəqib çox güclü komandadır. Hiss olunur ki, əbəs yerə son üç ilin çempionu deyillər. “Neftçi” kompakt futbol oynayır. Rəqibdən xüsusilə Flavinyo, Araz Abdullayev, Bruno Bertuççi və Karlos Kardosonu fərqləndirərdim. Bu gün həm onlar, həm də biz qələbə qazana bilərdik. Bu bizim hazırlıq dönəmində ikinci oyunumuz idi. Səhvlərimizi aradan qaldırmağa çalışacağıq”.

Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner