Natxo: "Mançiniyə "yox" demək çətindir"

Natxo: "Mançiniyə "yox" demək çətindir"
XƏBƏR 24 Yanvar 2014 / 17:59 3237
-  A +

"Qalatasaray"ın Rusiyanın "Rubin" klubunun futbolçusu Bibras Natxo ilə maraqlandığını xəbər vermişdik.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Kazan təmsilçisi ilə müqaviləsi başa çatan və komandadan ayrılmaq istəyən yarımmüdafiəçi türk klubunun ona təklif göndərməsinə münasibət bildirib.

İsrail millisinin üzvü Roberto Mançininin iki il əvvəl, "Mançester Siti"də çalışdığı vaxtda da ona təklif göndərdiyini deyib. "Qalatasaray"ın təklifindən məmnunam. Mançini kimi bir baş məşqçiyə "yox" demək çətindir. Ancaq hələlik ortada rəsmi təklif yoxdur" - deyə o bildirib.

Qeyd edək ki, 25 yaşlı futbolçi ilə "Ştuttqart", "Betis" və "Milan"ın da maraqlandığı iddia edilir.

Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner