"İnter" Braziliya klubunu məğlub etdi

XƏBƏR 24 Yanvar 2014 / 21:51 2979
-  A +

Antalyada hazırlıqlarını davam etdirən "İnter" bu gün növbəti yoxlama görüşünə çıxıb.
 
Qol.Az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 20:00-da başlayan matçda təmsilçimiz Braziliyanın "Uniao" klubu ilə üz-üzə gəlib.Qarşılaşma "İnter"in 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, bu komanda digər klubumuz "Rəvan"la da sınaq matçı keçirib və 1:2 hesabı ilə məğlub olub.
 
Xatırladaq ki, "İnter" toplanış çərçivəsində daha əvvəl 4 görüş keçirib. "Bankilər" son yoxlama matçını sabah keçirəcək. Həmin oyunda "İnter" Almaniyanın "Arminiya" Bilefeld klubuyla qarşılaşacaq.



24 yanvar

Yoxlama oyunu

"İnter" (Azərbaycan) - "Uniao" (Braziliya) -3:1


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner