"Qəbələ" Kot d’İvuarlı futbolçunu bəyənmədi

"Qəbələ" Kot d’İvuarlı futbolçunu bəyənmədi
XƏBƏR 24 Yanvar 2014 / 16:28 2241
-  A +

Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" klubu baxışa gələn futbolçulardan birini geri göndərib.

Qol.Az-ın Antalyaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu, Kot d’İvuarlı futbolçu Marko Taddei Nedir. Ampluası yarımmüdafiəçi olan 30 yaşlı oyunçu Kot d’İvuar millisinin də üzvüdür.

Bir neçə gün "Qəbələ"nin düşərgəsində olan futbolçu baş məşqçi Yuri Syomin tərəfindən bəyənilməyib.

Qeyd edək ki, Tacikistan milli komandasının və Qazaxıstanın “Jetısu” klubunun futbolçusu Davron Erqaşevin “Qəbələ”də qalacağı isə artıq dəqiqləşib.

 


Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner