Dünya çempionatının himnini Cennifer Lopez oxuyacaq

Dünya çempionatının himnini Cennifer Lopez oxuyacaq
XƏBƏR 24 Yanvar 2014 / 11:37 1794
-  A +

Bu yay Braziliyada keçiriləcək dünya çempionatının rəsmi himninin ifaçıları məlum olub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bunlar məşhur müğənni Cennifer Lopez, braziliyalı ifaçı Klaudia Leytte və reper Pitbull olacaq.

"We Are One" ("Biz təkik") adlı mahnı portuqal və ingilis dillərində səsləndiriləcək. Qeyd edək ki, dünya çempionatı iyunun 12-dən iyulun 13-dək davam edəcək.


Daha çox


Son xəbərlər