"Qəbələ" itkilərlə hazırlaşır

"Qəbələ" itkilərlə hazırlaşır
XƏBƏR 24 Yanvar 2014 / 02:35 1912
-  A +

Hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" toplanışın 18-ci gününü 1 məşqlə yekunlaşdırıb.
 
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Yuri Syominin başçılığı altında günün birinci yarısında baş tutan məşqdə komanda toplu və topsuz çalışmalar, müxtəlif fiziki təmrinlər yerinə yetirib. 

Sadiq Quliyev və Rail Məlikov komandadan ayrı çalışıb. Azərbaycanın U-21 yığmasının düşərgəsində yer alan Elvin Camalov və Ürfan Abbasov, zədəli olan Daniel Subotiç, Ebesilio və Omar Kalabane məşqdə iştirak etməyib.

Daha çox


Son xəbərlər