"Kuveyt millisinin U-21 komandasını məğlub etdik. Rəqib futbolçuların yaşca bizim oyunçulardan böyük olmalarına baxmayaraq onların səviyyəsində çox yaxşı oynadıq".
Qol.Az-ın Antalyaya ezam olunmuş əməkdaşına açıqlamasında bu sözləri "Qəbələ"nin əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Luis Araqon Küveytin U-21 yığması ilə baş tutan görüşdən sonra deyib.
"U-17 komandasının heyətindən gələn gənc futbolçular çox yaxşı çıxış etdilər. Həmin futbolçulardan Yusif, Qismət və Romanın böyük həvəslə çıxış etdiyini söyləyə bilərəm. Gənc futbolçuların işini yüksək qiymətləndirirəm. Ümumilikdə komandadan razı qaldım" - deyə L.Araqon əlavə edib.
İspaniyalı mütəxəssis eyni zamanda ilk hissədə komandasının oyunundan narazı qaldığını bildirib: "İlk hissədə futbolçulardan çox narazı qaldım. Çünki futbolçular oyun zamanı meydanda bir-biriləri ilə danışmalıdırlar. Ancaq onlar bunu etmirdilər. Komandaya gələn yeni gənc futbolçularda meydanda olmağa daha böyük həvəs var. Önəmli olan sənin daha öncə nə etdiyin deyil, hazırda göstərdiyin oyundur".
Qeyd edək ki, Kuveytin U-21 yığmasını 1:0 hesabı ilə məğlub edən "Qələbə"nin əvəzedicilərdən ibarət komandası sabah Türkiyənin "Antalyaspor" klubu ilə yoxlama görüşündə qüvvəsini sınayacaq. Antalya təmsilçisinin 19 yaşadək futbolçularından ibarət komandası ilə qarşılaşacaq "qırmızı qaralar"ın oyunu Bakı vaxtı ilə 18:30-da başlayacaq.
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
“Liverpul”un yeni idman direktoru məlum oldu
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
Azərbaycan millisindən tarixi nailiyyət
“Fənərbaxça”dan transfer qadağası ilə bağlı açıqlama
Norveç Futbol Federasiyası Haalandı jurnalistlərdən “qorudu”
Lukaku ilə Donnarumma arasında qalmaqal – Video
"Zirə" Çempionlar Liqası ilə vidalaşdı
“Qarabağ”ın qapıçısı oynadı, “Sabah”ın müdafiəçisi izlədi
Türkiyə Fransaya, İtaliya Belçikaya uduzdu
Mikels millidə debütunu qolla qeyd etdi
Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı