"Qəbələ" Küveyt yığmasına qalib gəldi

"Qəbələ" Küveyt yığmasına qalib gəldi
XƏBƏR 23 Yanvar 2014 / 19:42 1839
-  A +

Antalyada təlim-məşq toplanışında olan "Qəbələ"nin əvəzedici komandası bu gün ikinci yoxlama matçını keçirib.

Qol.Az-ın məlumatına görə, "qırmızı qaralar" bu dəfə Küveytin 21 yaşadək futbolçularından ibarət yığması ilə qarşılaşıb.

Matçın taleyini bir qol həll edib. Murad Musayevin ilk hissədə penaltidən vurduğu qol "Qəbələ"yə minimal hesablı qələbə qazandırıb - 1:0.

Qeyd edək ki, "Qəbələ" Antalyada keçirdiyi ilk yoxlama matçında Rusiyanın "Lokomotiv" klubuna 0:2 hesabı ilə məğlub olmuşdu. "Qırmızı qaralar" növbəti görüşünü sabah "Antalyaspor"un 19 yaşadək futbolçularından ibarət komandasına qarşı keçirəcək.

Daha çox


Son xəbərlər