"Bakı"nın futbolçusu ciddi zədə aldı

"Bakı"nın futbolçusu ciddi zədə aldı
XƏBƏR 23 Yanvar 2014 / 16:03 2358
-  A +

İspaniyada təlim-məşq toplanışında olan "Bakı" klubunun futbolçusu Şəhriyar Əliyev uzun müddət yaşıl meydanlardan kənarda qala bilər.

Qol.Az saytına açıqlamasında bunu futbolçu özü deyib. Belə ki, dünən Rumıniyanın "Styaua" klubu ilə yoldaşlıq oyunun son dəqiqəsində gənc futbolçunun çiyni çıxıb.

Onun sözlərinə görə, əməliyyat olunmaq ehtimalı da var. Əməliyyat olunacağı halda isə o, meydana çıxmaq üçün bir neçə ay gözləməlidir.

Qeyd edək ki, 21 yaşlılardan ibarət milli komandamızın üzvü bundan öncə də də çiyni çıxdığı üçün bir müddət oyunlara çıxa bilməmişdi. 

Daha çox


Son xəbərlər