"Neftçi" ilk transferini rəsmiləşdirdi

"Neftçi" ilk transferini rəsmiləşdirdi
XƏBƏR 23 Yanvar 2014 / 14:22 4891
-  A +

Mövsümün ikinci yarısı üçün hazırlığı Türkiyənin Antalya şəhərində davam etdirən “Neftçi” klubu heyətinə yeni futbolçu cəlb edib.
 
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "ağ-qaralar" Rusiyanın “Lokomotiv” klubunun yetirməsi olan Samir Məsimovla 3 il yarım müddətinə rəsmi müqavilə bağlayıb.

2010/2011-ci illər mövsümünü Moskva “Spartak”ının heyətində keçirmiş hücumçu 19 yaşadək Azərbaycan yığmasının da üzvüdür. 18 yaşlı futbolçu U-19-un heyətində 3 oyun keçirib.

Daha çox


Son xəbərlər