Cihan Özkara oynadı, "Sivasspor" ilk qələbəsini qazandı

Cihan Özkara oynadı, "Sivasspor" ilk qələbəsini qazandı
XƏBƏR 22 Yanvar 2014 / 21:10 1831
-  A +

Bu gün Türkiyə kubokunda qrup mərhələsinin növbəti oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə millimizin hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor” A qrupunda üçüncü matçına çıxıb.

Roberto Karlosun komandası öz meydanında "Akhisar Bələdiyyəspor"u qəbul edib. Bundan əvvəl oynadığı iki matçda məğlub olan "Sivasspor ilk qələbəsini qazanıb - 2:1.
 
Qeyd edək ki, Cihan Özkara qarşılaşmanın 76-cı dəqiqəsində oyuna daxil olub və sona kimi meydanda qalıb.

Daha çox


Son xəbərlər
03.09.25  17:19

"Barselona"da itki

03.09.25  16:08

"Milan" onu satır