Kamal Quliyev: "Vəzifəmizin öhdəsindən layiqincə gələcəyik"

Kamal Quliyev: "Vəzifəmizin öhdəsindən layiqincə gələcəyik"
XƏBƏR 22 Yanvar 2014 / 18:35 1932
-  A +

“Neftçi” PFK-nın əvəzedici heyətinin məşqçisi Kamal Quliyev klubun rəsmi saytına açıqlma verib.

Qol.Az-ın məlumatına görə, veteran futbolçu hazırlığın gedişindən danışıb.

“Komandamızın təlim-məşq toplanışı davam edir. Hazırlıq yüksək səviyyədə keçir. Futbolçulardan razıyıq, onlar həvəslə məşq edir, etimadı doğrultmağa çalışırlar. AZAL-ın əvəzedici heyəti ilə bu gün keçiriləcək yoxlama oyununda aşağı yaş qruplarından dəvət etdiyimiz bir neçə futbolçunu da sınayacağıq. Komandada sağlam rəqabət var. Futbolçular da gözəl anlayır ki, əsas komandaya çağırılmaq üçün çox çalışmalı və rəqiblərindən hər zaman bir baş üstün oyun nümayiş etdirməlidirlər. “Neftçi”də gənc yerli oyunçulara böyük önəm verilir" - deyə o qeyd edib.

K.Quliyev əlavə edib ki, əvəzedici komanda olaraq "Neftçi"yə və milli komandaya futbolçu yetişdirmək istəyirlər: "İnanıram ki, bu vəzifəmizin öhdəsindən layiqincə gələcəyik”.

Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner