"Simurq" "Şanxay Şenhua" ilə heç-heçə etdi

"Simurq" "Şanxay Şenhua" ilə heç-heçə etdi
XƏBƏR 22 Yanvar 2014 / 18:55 2537
-  A +

Antalyada təlim-məşq toplanışını davam etdirən "Simurq" bu gün növbəti yoxlama oyununa çıxıb.

Qol.Az-ın məlumatına görə, Zaqatala təmsilçisi Çinin "Şanxay Şenhua" klubu ilə qüvvəsini sınayıb. Oyunda hesab açılmayıb. Vaxtilə Didye Droqba və Nikola Anelka kimi futbolçuların çıxış etdiyi bu klub hazırda ölkə şempionatında 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Simurq" toplanış çərçivəsində Almaniyanın "Felbert" (1:0) və Tanzaniyanın "Yanq Afrikans" (2:2) klubları ilə sınaq matçı keçirib.






22 yanvar

Yaxlama oyunu

17:00."Simurq" - "Şanxay Şenhua" (Çin) - 0:0 

Son xəbərlər
03.04.26  01:01

Ronaldo hazırdır

topaz banner